Şakirinin yeni klubu müəyyənləşdi - Rəsmi
Transfer

Şakirinin yeni klubu müəyyənləşdi - Rəsmi

  • 2021-08-23

"Liverpul"un futbolçusu Cerdan Şakiri karyerasını Fransada davam etdirəcək.

İsveçrə millisinin üzvü "Lion"la anlaşıb. Bu barədə Liqa-1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla imzalanacaq müqavilənin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Cerdan Şakiri 2018-ci ildən "Liverpul"da çıxış edən 29 yaşlı yarımmüdafiəçi "Bavariya, "İnter" kimi klubların da şərəfini qoruyub.