"Mançester Yunayted" Sanço ilə razılaşdı
Transfer

"Mançester Yunayted" Sanço ilə razılaşdı

  • 2021-06-10

"Mançester Yunayted" Dortmund "Borussiya"sının futbolçusu Ceydon Sançonu transfer etməyə hazırlaşır.

Bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb. Tərəflər artıq müqavilənin şərtləri barədə razılığa gəliblər. 21 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayınadək "qırmızı şeytanlar"da çıxış edəcək.


Daha əvvəl isə Almaniya klubunun Sanço üçün 95 milyon avro tələb etdiyi bildirilmişdi

Qeyd edək ki, C.Sanço başa çatan mövsüm Bundesliqada 26 matçda 8 qol vurub və 11 qolun ötürməsini verib.