Qalatasarayın Fequli ilə bağlı yeni qərarı
- 2021-08-22
Qalatasaray futbolçusu Sofian Fequli ilə bağlı yeni qərar verib.
"Milliyet"in yaydığı məlumata görə, İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçini göndərmək fikrindən daşınıb. Klub onunla 2 illik müqavilə imzalamaq niyyətindədir. Lakin "Qalatasaray" Fequlidən maaşının 50 faiz azaldılmasına razı olmasını istəyəcək. Onun "aslanlar"dakı hazırkı qazancı isə illik 3 milyon 850 min avrodur.
Qeyd edək ki, Fequli 2017-ci ildən "Qalatasaray"da oynayır.