Ronaldo "Yuventus"dan ayrılacaq?
Transfer

Ronaldo "Yuventus"dan ayrılacaq?

  • 2021-08-21

"Yuventus"un baş məşqçisi Masimiliano Alleqri Kriştiano Ronaldonun komandadan ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

İtaliya mətbuatına əsasən, o, portuqaliyalı hücumçunun Turin təmsilçisində qalacağını deyib.

"Kriştiano yaxşı məşq edir və yaxşı formadadır. Məşqdə mənə klubda qalacağını söylədi. Ayrılıq olmayacaq. Mən də ona dincəlməsi üçün icazə verdim. "Udineze" matçında oynamağa hazırdır. Bütün futbolçuları və vurduğu qollarla komandaya kömək edən Ronaldonu qorumalıyam" -deyə Alleqri ayrılıq xəbərlərini təkzib edib.

Qeyd edək ki, Ronaldonun adı "PSJ", "Mançester Siti" və "Real"la hallanırdı.