Moriba üçün 3 klubdan təklif
Transfer

Moriba üçün 3 klubdan təklif

  • 2021-08-21

Barselonanın gənc futbolçusu İlayş Moriba klubunu dəyişə bilər.

 "Mundo Deportivo" xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi üçün Çelsi, Mançester Siti və Leyptsiq təklif göndərib.

Kataloniya təmsilçisinin futbolçunu 20 milyon avrodan aşağı qiymətə satmağı düşünmədiyi vurğulanıb.

Qeyd edək ki, Moriba ötən mövsüm La Liqada meydana çıxdığı 14 oyunda 14 qol vurub.