"Real Madrid" Levandovskidən imtina etdi
Transfer

"Real Madrid" Levandovskidən imtina etdi

  • 2021-08-21

"Real Madrid" "Bavariya"nın futbolçusu Robert Levandovskini transfer etməyəcək.

Bu barədə "Sky Sports" məlumat yayıb. Bildirilir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçunu almaqdan imtina edib. O, artıq "kral klubu"nun maraq dairəsində deyil. "Real Madrid" hazırda yalnız "PSJ"dən Kilian Mbappeni transfer etməyi düşünür.

Qeyd edək ki, Levandovski Münhen təmsilçisindən ayrılmaq niyyətindədir.