"Liverpul"da yeni müqavilə
Transfer

"Liverpul"da yeni müqavilə

  • 2021-08-21

"Liverpul" futbolçusu Məhəmməd Salahla yeni müqavilə imzalamaq niyyətindədir.

Britaniya mətbuatına əsasən, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp danışıb. O 29 yaşlı hücumçu ilə yeni sözləşmə imzalamaq üçün danışıqlar apardıqlarını deyib:

"Danışıqlar gedir, bəli. Bunun üzərində işləyirik. Onunla müqaviləni uzatmaq istəyirik. Salahın əhval -ruhiyyəsi yaxşıdır və ümid edirəm ki, belə də qalacaq".

Qeyd edək ki, M.Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.