Premyer Liqa klubunda yeni baş məşqçi
Transfer

Premyer Liqa klubunda yeni baş məşqçi

  • 2021-06-10

İngiltərənin "Vulverhempton" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Premyer Liqa təmsilçisinin rəsmi Tvitter səhifəsinə əsasən komandanı Bruno Laje çalışdıracaq.


Portuqaliyalı mütəxəssis bu vəzifədə həmyerlisi Nunu Eşpritonu əvəzləyib. 45 yaşlı çalışdırcı yaxın günlərdə işinə başlayacaq. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Bruno Lajenin çalışdırdığı son komanda "Benfika" olub.