Emerson "Lion"da - Rəsmi
Transfer

Emerson "Lion"da - Rəsmi

  • 2021-08-20

"Lion" "Çelsi"nin futbolçusu Emersonu icarəyə götürüb.

Klubun saytına əsasən, 27 yaşlı müdafiəçi 2021/2022 mövsümünü icarə əsasında Fransa təmsilçisində keçirəcək. Klubun mövsümün sonu italiyalı oyunçunu birdəfəlik almaq hüququ var.

Qeyd edək ki, Emerson Premyer Liqada ötən mövsüm 2 matçda meydana çıxıb.