Pyaniç "Yuventus"a qayıtmaq istəyir
Transfer

Pyaniç "Yuventus"a qayıtmaq istəyir

  • 2021-08-19

"Barselona"nın yarımmüdafiəçisi Miralem Pyaniç tezliklə Kataloniya klubundan ayrılaraq "Yuventus"a qayıdacaq.

Bu barədə italiyalı jurnalist Nikola Skira özünün "Tvitter" hesabında yazıb.

"Miralem Pyaniç "Yuventus"a qayıtmaq istəyir və klubun təklifini gözləyir. Onun agenti Fali Ramadani İtaliyadadır. Tezliklə "Yuventus" rəhbərliyi ilə razılığa gəlməyə çalışacaq. Pyaniç bu yay "Barselona"nı tərk edəcək".

Xatırladaq ki, 31 yaşlı futbolçu 2020-ci ilin yayında "Yuventus"dan ayrılaraq "Barselona" ilə 4 illik müqavilə imzalayıb.