Levandovski özünə yeni klub axtarır
Transfer

Levandovski özünə yeni klub axtarır

  • 2021-08-19

"Bavariya"nın hücumçusu Robert Levandovski özünə yeni klub axtarır.

"Sky Sports"a əsasən, polşalı oyunçu 35 yaşına çatmamış "Bavariya"dan ayrılaraq Avropanın başqa ən yaxşı klubunda çıxış etmək istəyir. Amma Münhen təmsilçisi onu 117 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil. Təzminat qiymətinin yüksək olması isə Levandovskinin başqa kluba keçidini əngəlləyə bilər.

Qeyd edək ki, 32 yaşlı futbolçu ötən mövsüm "Bavariya" meydana çıxdığı 40 matçda 48 qol vurub, 9 qolun ötürməsini verib.