Mbappe qalır
Transfer

Mbappe qalır

  • 2021-08-19

"PSJ"nin hücumçusu Kilian Mbappe gələcəyi ilə bağlı yekun qərarı verib.

"Cadena SER"ə əsasən, fransalı hücumçu bu mövsüm klubunu dəyişməmək qərarına gəlib. 23 yaşlı oyunçu bu barədə ətrafındakılara bildirib. Paris təmsilçisinin idman direktoru Leonardo da Kilianın "PSJ"də qalacağını söyləyib.

Qeyd edək ki, Mbappenin klubu ilə müqaviləsi 2022-ci ilin yayı başa çatır. Onun adı "Real"la hallanırdı.