"Çelsi"dən "Beşiktaş"a - Rəsmi
Transfer

"Çelsi"dən "Beşiktaş"a - Rəsmi

  • 2021-08-18

"Çelsi"nin hücumçusu Mişi Batşuayinin “Beşiktaş”a keçidi rəsmiləşib.

“Beşiktaş” klubunun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu London təmsilçisindən 1 illik icarəyə götürülüb.

Qeyd edək ki, Belçika yığmasının üzvü 2016-cı ildən “Çelsi”də çıxış edir. O, “Borussiya” (Dortmund), “Valensiya” və “Kristal Pelas” klublarına da icarə əsasında oynayıb.