"Atletiko"nun yeni transfer hədəfi
Transfer

"Atletiko"nun yeni transfer hədəfi

  • 2021-08-17

"Atletiko" "Fiorentina"nın futbolçusu Duşan Vlahoviçi transfer etmək istəyir.

Xarici KİV-lərə əsasən, Madrid klubu 21 yaşlı hücumçu üçün 70 milyon ödəməyə hazırdır.

Daha əvvəl İtaliya təmsilçisinin "Atletiko"nun 60 milyon avroluq təklifini rədd etdiyi bildirilir.

Qeyd edək ki, Vlahoviç ötən mövsüm "Fiorentina"da meydana çıxdığı 40 matçda 21 qol vurub, 2 qolun ötürməsini verib.