Ronaldo "Mançester Siti"yə təklif olunub
Transfer

Ronaldo "Mançester Siti"yə təklif olunub

  • 2021-08-17

Jorje Mendeş agenti olduğu "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu "Mançester Siti"yə təklif edib.

Bu barədə "Dello Corriere" məlumat yayıb.

Xəbərdə Turin təmsilçisinin 30 milyon avro qarşılığında portuqaliyalı oyunçu ilə yolları ayırmağa hazır olduğu vurğulanıb. Bunun səbəbi 36 yaşlı futbolçunun müqaviləsinin bir ildən sonra başa çatmasıdır.

Xatırladaq ki, Ronaldo 2018-ci ildən "Yuventus" da oynayır.