Caka Arsenalla müqaviləsini uzatdı
Transfer

Caka Arsenalla müqaviləsini uzatdı

  • 2021-08-16

"Arsenal" futbolçusu Qranit Caka ilə müqaviləsini uzadıb.

Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. O, "topçular"ın 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzaladığını bildirib. Yeni sözləşmənin şərtinə əsasən, Cakanın maaşı artacaq.

Qeyd edək ki, Qranit Caka 2016-cı ildən "Arsenal"da çıxış edir.