Kurtua 2026-cı ilə qədər "Real"da
Transfer

Kurtua 2026-cı ilə qədər "Real"da

  • 2021-08-16

“Real” futbolçusu Tibo Kurtua ilə müqaviləni yeniləyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qapıçı ilə 2026-cı ilin yayına qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Kurtua 2018-ci ilin avqustundan "Real"da çıxış edir. Onun əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi.