Son: "Heç yerə getmirəm"
- 2021-08-16
"Tottenhem"in yarımmüdafiəçisi Son Hın Min uzun müddət komandada qalmaq istəyir.
Cənubi koreyalı futbolçu "Sky Sports"a açıqlamasında 10 il və ya daha çox London klubunda çıxış etmək niyyətində olduğunu deyib:
"Bəli, burda 4 il qalsam, deməli, daha uzun müddət komandada olacağam. Amma futbolda söz vermək olmur. Heç yerə getmək istəmədiyim üçün "Tottenhem"lə müqaviləni uzatdım. Burada daha 10 il və ya çox vaxt keçirə bilərəm".
29 yaşlı futbolçu Premyer Liqanın ilk turunda "Mançester Siti" ilə ötən gün keçirilən görüşdə (1:0) komandasının qələbə qolunu vurub. O, 2015-ci ildən "Tottenhem"də çıxış edir.