"Liverpul" kapitanı ilə yeni müqavilə imzalayır
- 2021-08-16
"Liverpul" kapitanı Jordan Hendersonla müqaviləni uzatmaqla bağlı razılığa gəlib.
"The Athletic"ə əsasən, 31 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik yeni müqavilə imzalanacaq və onun maaşı artırılacaq.
Qeyd edək ki, Hendersonun Mersisayd təmsilçisi ilə hazırkı sözləşməsi 2023-cü ilin iyunu başa çatır. İngilis oyunçu ötən mövsüm meydana çıxdığı 28 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.