Mbappe 6 illik müqaviləni rədd etdi
Transfer

Mbappe 6 illik müqaviləni rədd etdi

  • 2021-08-16

"PSJ"nin hücumçusu Kilian Mbappe klubunun yeni müqavilə imzalamaqla bağlı növbəti təklifini rədd edib.

"Marca"ya əsasən, o, 6 illik müqavilə təklifini müsbət cavablandırmayıb. Bildirilib ki, fransalı oyunçu bu yay "Real"a transfer olunmaq istəyir.

Qeyd edək ki, Mbappenin Paris təmsilçisi ilə hazırkı müqaviləsi 2022-ci ilin yayı başa çatır.