Mişi Batşuayi "Beşiktaş"da - Rəsmi
Transfer

Mişi Batşuayi "Beşiktaş"da - Rəsmi

  • 2021-08-15

"Beşiktaş" hücum xəttini gücləndirib.

Klubun mətbuat xidmətinə əsasən, İstanbul təmsilçisi "Çelsi"nin hücumçusu Mişi Batşuayini icarəyə götürüb.

Belçika millisinin üzvü 1 il "qara qartallar"da çıxış edəcək. 

Qeyd edək ki, Batşuayi ötən mövsümü İngiltərənin "Kristal Palas" klubunda icarədə keçirib. O, meydana çıxdığı 20 matçda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.