Di Françeskonun yeni klubu
Transfer

Di Françeskonun yeni klubu

  • 2021-06-08

"Kalyari"dən ayrılan Eysebio Di Françeskonun yeni klubu müəyyənləşib.

O, "Verona"nın baş məşqçisi təyin olunub. Bu barədə A seriyasının saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Di Françesko istefa verən İvaç Yuriçi əvəzləyib.

Qeyd edək ki, "Verona" A seriyasından başa çatan mövsümü 10-cu pillədə tamamlayıb.

Xatırladaq ki, Di Françesko bundan əvvəl "Kalyari", "Sampdoriya", "Roma", "Sassuolo", "Leççe", "Peskara" və "Virtus Lançana"nı çalışdırıb.