"Tottenhem"in yeni transfer hədəfi
Transfer

"Tottenhem"in yeni transfer hədəfi

  • 2021-08-15

"Tottenhem" heyətinə yeni futbolçu qatmaq niyyətindədir.

"Goal.com"a əsasən, London təmsilçisi "Sampdoriya"nın oyunçusu Mikkel Damsqaardı transfer etmək istəyir. Qarşı tərəf 21 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avro tələb edir. London təmsilçisi isə bu məbləği ödəməyə hazırdır.


Qeyd edək ki, Damsqaardla "Aston Villa" da yaxından maraqlanır.