Obameyanq "Arsenal"dan ayrılır?
Transfer

Obameyanq "Arsenal"dan ayrılır?

  • 2021-08-14

"Arsenal"ın futbolçusu Pyer-Emerik Obameyanq klubdan ayrılmaq niyyətindədir.

Bu barədə ESPN məlumat yayıb. 32 yaşlı hücumçu adı açıqlanmayan bir neçə klubdan təklif alıb. Bildirilir ki, "topçular" da sərfəli təklif gələcəyi halda Obameyanqı satmağa razıdır.

Qeyd edək ki, Obameyanq geridə qalan mövsüm Premyer Liqada 29 matçda 10 qol vurub.