Yığmamızın futbolçusu Niderland klubunda - Rəsmi
Transfer

Yığmamızın futbolçusu Niderland klubunda - Rəsmi

  • 2021-08-14

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün "Telstar"a (Niderland) keçidi rəsmiləşib.

Klubun saytına əsasən, 23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Oyunçumuz ötən mövsümün ikinci yarısında da icarə əsasında "Telstar"da çıxış edib.

Qeyd edək ki, Ozan Can Kökçünün son klubu "Sabah" olub.