Namiq Ələsgərov "Bursaspor"da
Transfer

Namiq Ələsgərov "Bursaspor"da

  • 2021-08-14

"Neftçi"nin futbolçusu Namiq Ələsgərovun "Bursaspor"a keçidi reallaşmaq üzrədir.

"Bursahakimiyet.com.tr"yə əsasən, millimizin üzvü dünən səhər saatlarında Bursaya gedib və artıq tibbi müayinədən keçib. O, birinci liqa təmsilçisi ilə 3 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib. "Bursaspor"un bu transferi yaxın vaxtlarda rəsmən açıqlayacağı gözlənilir.

26 yaşlı oyunçunun sabah keçiriləcək birinci liqanın ilk turunda "Adanaspor"a qarşı matçda oynaya biləcək formada olduğu vurğulanıb.

Ancaq onun burnunda qırıq olması və hələ də tam sağalmaması "Bursaspor"u düşündürür.

Qeyd edək ki, N.Ələsgərov 2017-ci ildən "Neftçi"də oynayır.