Nainqqolanın yeni klubu müəyyənləşdi
Transfer

Nainqqolanın yeni klubu müəyyənləşdi

  • 2021-08-14

"İnter"dən ayrılan Raca Nainqqolanın karyerasını Belçikada davam etdirəcək.

33 yaşlı yarımmüdafiəçi "Antverpen"lə müqavilə imzalayacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onun artıq klubun bazasında olduğu bildirilib.

Qeyd edək ki, Nainqqolan ötən mövsüm icarə əsasında "Kalyari"də oynayıb.