Byelsa daha 1 il "Lids"də
Transfer

Byelsa daha 1 il "Lids"də

  • 2021-08-13

İngiltərənin “Lids” klubunda baş məşqçi Marselo Byelsa ilə müqavilə yenilənib.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Byelsa ilə müqavilənin müddəti 2022-ci ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, “Lids” Premyer Liqanın ilk turunda “Mançester Yunayted”lə qarşılaşacaq. Sabah keçiriləcək matç saat 15:30-da start götürəcək.