"İnter"in yeni transfer hədəfi
Transfer

"İnter"in yeni transfer hədəfi

  • 2021-08-13

“Napoli”nin futbolçusu Lorenso İnsinye “İnter”ə keçə bilər.

İtaliya mətbuatına əsasən, “neradzurra” 30 yaşlı hücumçu üçün Neapol klubu ilə danışıqlara başlayıb. 

İtaliya millisinin üzvü “Napoli”nin prezidenti Aurelio De Laurentislə problemlər yaşayır və klubu tərk etməyə müsbət yanaşır. 

Qeyd edək ki, “Napoli” ilə İnsinyenin müqaviləsi 2022-ci ilin yayına qədərdir.