Van Deyk 2025 ci ilə qədər "Liverpul"da
Transfer

Van Deyk 2025 ci ilə qədər "Liverpul"da

  • 2021-08-13

“Liverpul” müdafiəçisi Vircil van Deyklə müqaviləni yeniləyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderland millisinin üzvü Premyer Liqa klubu ilə 4 illik sözləşməyə qol çəkib. 30 yaşlı mərkəz müdafiəçisi 2025-ci ilin yayına qədər Mersisayd klubunda çıxış edəcək.

Qeyd edək ki, Vircil van Deyk “Liverpul”a 2018-ci ildə 85 milyon avro qarşılığında “Sauthempton”dan keçib.