Riberi ilə müqavilə uzadılır
Transfer

Riberi ilə müqavilə uzadılır

  • 2021-06-06

"Fiorentina"nın futbolçusu Frank Riberi klubu ilə müqaviləsini uzadacaq.

İtaliya mətbuatına əsasən 38 yaşlı yarımmüdafiəçi komandada qalmaq fikrindədir. Klub rəhbərliyi də onunla yolları davam etdirmək istəyir.


Hazırda tərəflərin danışıq apardığı bildirilir. Fransız futbolçunun illik maaşının 4 milyon avrondan 2 milyona endiriləcəyi də qeyd olunub.

Fransa millisinin sabiq üzvü 12 il (2007-2019) "Bavariya"da çıxış etdikdən sonra "Fiorentina"ya keçib.