“Atletiko”da yeni müqavilə
Transfer

“Atletiko”da yeni müqavilə

  • 2021-08-13

“Atletiko” futbolçusu Xose Mariya Ximeneslə müqaviləni uzadıb.

Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Uruqvaylı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Ximenes 2013-cü ildən “Atletiko”da çıxış edir.