Rüfət Dadaşov "Şalke"də - Rəsmi
Transfer

Rüfət Dadaşov "Şalke"də - Rəsmi

  • 2021-08-12

Azərbaycanlı futbolçu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubundan ayrılıb.

30 yaşlı hücumçu karyerasını Almaniyada davam etdirəcək. O, "Şalke"nin 2-ci komandasında çıxış edəcək. Bu barədə 2-ci Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb. Lakin Rüfətlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, bir müddət millimizdə çıxış edən Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen" komandalarında da oynayıb. O, son klubu "Finiks Rayzinq"lə MLS liqasında 15 qol vurub, 6 məhsuldar ötürmə edib.