Lukaku "Çelsi"də - Rəsmi
Transfer

Lukaku "Çelsi"də - Rəsmi

  • 2021-08-12

"Çelsi" "İnter"dən Romelu Lukakunun transferini rəsmiləşdirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub 28 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalayıb. "Zadəganlar" bu keçidə görə qarşı tərəfə 115 milyon avro ödəyib. Belçikalı oyunçu yeni komandasında illik 12 milyon avro qazanacaq.


Qeyd edək ki, Lukaku 2011-14-cü illərdə də "Çelsi"də çıxış edib.