Kostanın yeni klubu müəyyənləşib
- 2021-08-12
"Atletiko"nun sabiq futbolçusu Dieqo Kosta karyerasını Braziliyada davam etdirəcək.
"Goal.com"a əsasən, 32 yaşlı hücumçu "Atletiko Mineyro" ilə razılığa gəlib. Razılığa əsasən, 32 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Kosta 2020-ci ilin dekabrında "Atletiko"dan ayrılıb və hazırda azad agentdir.