"Qalatasaray"dan 7 milyonluq transfer
Transfer

"Qalatasaray"dan 7 milyonluq transfer

  • 2021-08-11

"Qalatasaray" klubu Danimarkalı müdafiəçi Victor Nelssonu transfer edib.

Oyunçu ilə 5 illik müqavilə imzalandığı açıqlanıb. Açıqlamada danimarkalı futbolçunun klubu "Kopenhagen"ə 5 il ərzində 7 milyon avro ödəniləcəyi bildirilib. Klub Nelssonun sərbəst qalma məbləğinin 25 milyon avro olduğu açıqlanıb.

Victor Nelsson, Qalatasarayla müqavilə bağladıqdan sonra bəzi açıqlamalar verib.

Nelsson: "Bu, çox gözəl hissdir. Fantastik bir komandaya gəldim, fantastik azərkeşləri və stadionları var. Burada olduğum üçün çox xoşbəxtəm.  Fatih Terimlə işləmək və yeni komanda yoldaşlarımla görüşmək üçün səbirsizlənirəm. Daha əvvəl internetdə bəzi videoları izləmişəm. Məni nə gözlədiyini bilirəm."

Nelsson transfer qiyməti:

Transfer qiyməti: 7 milyon avro
Sərbəst qalma qiyməti: 25 milyon avro
Müqavilə: 5 il