Türkiyəli oyunçu "Barselona"da?
Transfer

Türkiyəli oyunçu "Barselona"da?

  • 2021-08-11

"Kayserispor"un gənc ulduzu Emre Demirin "Barselona" ilə prinsipial razılığa gəldiyi iddia edilib.

“Kayserispor”un ulduz namizədi 2004 -cü il təvəllüdlü Emre Demir üçün TRT Spor tərəfindən maraqlı iddia ortaya atılıb. Xəbərə görə, gənc ulduz Emre Demirin "Barselona" ilə prinsipial razılığa gəldiyi iddia edilib.

Emre Demir, 09.11.2019 tarixində “Gənçlərbirliyi” qarşısında səfər qolu vuraraq liqa tarixində qol vuran ən gənc oyunçu rekordunu qırmışdı. Emre Demir ötən mövsüm Super Liqada 26 oyuna çıxıb və kubok oyununda 2 qol vurub.