"Düşünürəm ki, David Luiz Türkiyəyə transfer olacaq"
Transfer

"Düşünürəm ki, David Luiz Türkiyəyə transfer olacaq"

  • 2021-08-11

“Benfika” baş məşqçisi Jorge Jesus, adı Lissabon komandası ilə birlikdə hallanan David Luiz haqqında danışdı. "Düşünürəm ki, David Luiz Türkiyəyə transfer olacaq".

Çempionlar Liqasının 3 -cü təsnifat mərhələsinin Moskva "Spartak" ı ilə oyundan sonra danışan Jorge Jesus bunları söylədi: " David Luizin aramıza qayıdacağına əmin deyiləm. Düşünürəm ki, David Luiz Türkiyəyə gedəcək. Mən və azarkeşlər onu çox sevirik. Bu sevgi yalnız keçmişdə olan münasibətimizə  görə deyil, çünki hamımız onun nə bacarıqlara sahib olduğunu bilirik.

34 yaşlı braziliyalı müdafiəçi David Luizin adı 26 ildən sonra Super Liqaya yüksələn “Adana Dəmirspor” və Super Liqanın son çempionu “Beşiktaş”la hallanır.