Transfer

Tarixi transfer: Lionel Messi "PSJ"də

  • 2021-08-11

Futbol dünyasındakı tarixi transfer rəsmiləşdi

"PSJ" "Barselona"dan ayrılan Lionel Messi ilə müqavilə imzalayıb.

21 il çıxış etdiyi Barselona ilə yollarını ayıran və karyerasının ilk transferini edən 34 yaşlı argentinalı futbolçu, Neymar və Mbappe kimi ulduz adlara ev sahibliyi edən "PSJ"ni seçdi.

"PSJ"dən verilən açıqlamaya görə, dünyanın ən yaxşı oyunçusuna verilən 6 dəfə Qızıl Top (Ballon d'Or) mükafatını qazanan Lionel Messi ilə 2+1 illik müqavilə imzalanıb.

Yeni komandasında 30 nömrəli formanı geyinəcək Messinin illik maaşının vergilərdən sonra təxminən 35 milyon avro olacağı irəli sürülüb.

Argentinalı futbolçu 17 mövsüm oynadığı "Barselona"da 4 Çempionlar Liqası və 10 La Liqa kuboku da daxil olmaqla 35 kubok qazanıb.

Kataloniya komandası ilə 778 rəsmi oyun keçirən Messi 672 qol vurmağı bacarıb.

Qeyd edək ki, dünya futbolu tarixinin ən yaxşı oyunçularından sayılan Lionel Messi üçün sabah saat 12 də imza mərasimi keçiriləcək.