Nainqqolan "İnter"dən ayrıldı - Rəsmi
Transfer

Nainqqolan "İnter"dən ayrıldı - Rəsmi

  • 2021-08-10

"İnter"in futbolçusu Raca Nainqqolanla yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Belçikalı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında çıxış etdiyi "Kalyari"dən təklif gözləyir. Türkiyənin "Beşiktaş" klubu da Racanı transfer etmək istəyir. İstanbul təmsilçisinin futbolçuya ilinə 2.5 milyon avro maaş verməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Nainqqolanın "İnter"lə mqaviləsi 2022-ci ilin yayına qədər idi.