"Mançester Siti"dən yeni müqavilə
Transfer

"Mançester Siti"dən yeni müqavilə

  • 2021-08-10

"Mançester Siti" futbolçusu Con Stounzla yeni müqavilə imzalayıb.

Klubun saytına əsasən, 27 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin yayına qədər uzadılıb.

Qeyd edək ki, Stounz 2016 -cı ildə "Everton"dan Mançester təmsilçisinə transfer olunub. O, ötən mövsüm İngiltərə Premyer Liqasında meydana çıxdığı 22 oyunda 4 qol vurub.