"Beşiktaş"dan yeni transfer
- 2021-08-10
“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul təmsilçisi braziliyalı hücumçu Aleks Teyşeyranı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Artıq Türkiyədə olan 31 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, “Vasko da Qama”, “Şaxtyor” (Donetsk) kimi klublarda çıxış edən Teyşeyra son olaraq Çinin “Tszyansu” komandasında oynayıb. O, son mövsümdə 20 oyuna 10 qol vurub, 4 məhsuldar ötürmə edib.