"Real"dan "İnter"ə təklif
Transfer

"Real"dan "İnter"ə təklif

  • 2021-08-09

"Real" hücumçusu Luka Yoviçi satmaq qərarına gəlib.

"La Repubblica" verilən xəbərdə bidirirlir ki, Madrid təmsilçisi rəhbərliyi serbiyalı hücumçunu "İnter"ə təklif edib. "Real" inanır ki, Yoviç tezliklə "İnter"i tərk edəcək Lukakunun əvəzləyicisi ola bilər.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2019 -cu ildə "kral klubu"na transfer olunub. O, ötən mövsüm icarə əsasında Frankfurt "Ayntraxt" ında çıxış edib.