Lukaku Londonda tibbi müayinədən keçdi
Transfer

Lukaku Londonda tibbi müayinədən keçdi

  • 2021-08-09

“İnter”in futbolçusu Romelu Lukakunun “Çelsi”yə transferi rəsmiləşmək üzrədir.

Bu barədə Britaniya mətbuatı məlumat yayıb. Belçika millisinin üzvü bu gün London klubunda tibbi müayinədən keçib. Tezliklə klubların bu transferi rəsmən açıqlayacağı gözlənilir. 28 yaşlı oyunçu London təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Romelu Lukaku 2011-2014-cü illərdə “Çelsi”nin formasını geyinib