Pyaniç köhnə klubuna qayıdır
Transfer

Pyaniç köhnə klubuna qayıdır

  • 2021-08-09

"Barselona"nın futbolçusu Miralem Pyaniç "Yuventus"a qayıtmağa yaxındır.

Bu barədə "Diario Sport" məlumat yayıb. Turin təmsilçisi 31 yaşlı yarımmüdafiəçini 1+1 illik icarəyə götürməyə hazırlaşır. Tərəflər artıq müqavilənin son detalları  üzərində müzakirə aparırlar.


Qeyd edək ki, Pyaniç 2016-2020-ci illərdə də "Yuventus"da oynayıb.