Riberi "Bavariya"ya geri döndü
Transfer

Riberi "Bavariya"ya geri döndü

  • 2021-08-09

"Bavariya"nın sabiq futbolçusu Frank Riberi yenidən Münhen klubunun düşərgəsindədir.

Bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. 38 yaşlı yarımmüdafiəçi keçmiş komandası ilə məşq edir. “Bavariya”nın yaxın zamanda Riberi ilə yeni müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, son klubu "Fiorentina" olan fransalı futbolçu 2007-2019-cu illər aralığında "Bavariya"da çıxış edib. O, bu klubla 8 dəfə Bundesliqanın, 6 dəfə ölkə kubokunun və 1 dəfə Çempionlar Liqasının qalii olub.