"Roma"dan yeni transfer
Transfer

"Roma"dan yeni transfer

  • 2021-08-09

“Roma” heyətinə yeni futbolçu qatıb.

“Roma” klub saytında xverilən xəbərdə bildirilir ki, paytaxt təmsilçisi "Palmeyras"dan uruqvaylı müdafiəçi Matias Vinanı transfer edib. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Roma” bu transferə görə Braziliya klubuna 13 milyon avro ödəyib. Matias yeni komandasında “5” nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Uruqvay millisində də forma geyinən Matias Vina, 2020-ci ilin yanvarından “Palmeyras”da çıxış edirdi. O, daha öncə Uruqvayda “Nasional”ın da formasını geyinib.