"İnter" Lukakuya əvəzləyici tapdı
Transfer

"İnter" Lukakuya əvəzləyici tapdı

  • 2021-08-08

"Roma"nın futbolçusu Edin Dzeko karyerasını "İnter"də davam etdirməyə yaxındır.

Bu barədə məşhur jurnalist Nikolo Şkira məlumat yayıb. Milan təmsilçisi 35 yaşlı hücumçu ilə 2 illik müqavilə üçün razılaşıb. "İnter" bosniyalı futbolçunu "Çelsi"yə keçməyə hazırlaşan Romelu Lukakunun əvəzləyicisi kimi görür.


Qeyd edək ki, Dzeko 2016-cı ildən "Roma"da oynayır.