Tottenhem Martinezi almaqda israrlıdır
Transfer

Tottenhem Martinezi almaqda israrlıdır

  • 2021-08-08

Tottenhem İnter Milan və Argentina millisinin hücumçusu Lautaro Martinez üçün italyan klubuna 70 milyon avro təklif edib.

Bu barədə transfer eksperti Fabrisio Romano xəbər verib. İnterin Lukakunun Çelsiyə transferindən sonra digər hücumçusu Martinezi satmaq fikri olmasa da London klubu təklifində israrlıdır.

Lautaro Martinez, İtaliyadakı son mövsümündə 38 oyunda 17 dəfə fərqlənib.

Qeyd edək ki, İnter Milan Romanın bosniyalı hücumçusu Edin Dzeko ilə yaxından maraqlanır və onu iki illik müqavilə ilə kluba cəlb etməyi düşünür.