"Arsenal" 4 futbolçunu göndərdi
Transfer

"Arsenal" 4 futbolçunu göndərdi

  • 2021-06-03

İngiltərənin "Arsenal" klubu 4 futbolçusu ilə yolları ayırıb.

London təmsilçisinin rəsmi saytına əsasən bunlar qapıçı Metyu Rayan, müdafiəçi David Luis, həmçinin komandada icarə əsasında çıxış edən Daniel Sebalyosla Martin Edeqordur. Sonuncular müqavilə ilə məxsus olduqları "Real Madrid"ə qayıdıblar. David Luislə Metyu Rayanın isə başa çatan sözləşməsi yenilənməyib.

Qeyd edək ki, son mövsümü 8-ci pillədə başa vuran "topçular" avrokuboklara vəsiqə qazana bilməyib.